Yeni mutasiya Deltadan 15% daha yoluxucudur – ALİMLƏR

  • 2021.10.21 16:34
  • 2297 Baxış
Yeni mutasiya Deltadan 15% daha yoluxucudur  – ALİMLƏR

Bu ilin oktyabrında Böyük Britaniyada aşkarlanan yeni ştamm Delta variantından mutasiya olub. AY 4.2 adlandırıkan alttip klassik Deltadan 10-15% daha çox yoluxucudur.


Medicina.az xəbər verir ki, artıq İngiltərədə yoluxanların 10%-də yeni ştammdır.

Halbuki sentyabrda bu rəqəm 4% idi.
Bu o deməkdir ki, virusun ötürülməsi sürətlidir.



Baxmayaraq ki, alimlər mövcud vaksinlərin bu ştamma qarşı effektiv olduğunu bildirir, bir qrup alim bu ştammın yoluxmanın artmasına səbəb dominant virus olacağını bildirir.


ÜST hələ ki, onu təhlükəli elan etməyib, sadəcə diqqət çəkən ştamm kimi izləyir.
Hazırda yeni mutasiya ABŞ və İsraildə də var.