Yeni "Süni insan" təqdim edilib - İnsanı əvəz edə bilər - VİDEO
Yeni "Süni insan" təqdim edilib - İnsanı əvəz edə bilər - VİDEO
2020.01.08 14:25
3070 Baxış
"Samung"a daxil olan "Star Labs" şirkəti yeni layihəsini təqdim edib. Şirkətin yeni layihəsi "Neon" adlanır.
Medicina.az xəbər verir ki, onlar uzun müddətdir üzərində çalışdıqları layihənin nəticələrini yayımlayıb.Belə ki, insan kompüteri ilə əlaqəli tədqiqatçı Pranav Mistry, Neonun əsasını qoyduğu Core R3 proqram mühərrikinin filmlərdə, genişlənmiş reallıq təcrübələrində və veb və mobil tətbiqlərdə istifadə üçün hazırlanan real avatarları canlandırdığını izah edib.
Onun sözlərinə görə, yeni süni robotlara avtomatik olaraq yeni ifadələr, hərəkətlər, dialoqlar əlavə edilib.Yəni,onlar öz emosialarını ifadə edərək əsəbləşə, sevinə, gülüb-ağlaya biləcəklər.
O əlavə edib ki, yeni robotlarin reaksiyası insanlardan millisaniyədən az gecikmə ilə fərqlənir. Ona görə də tədqiqatçı bu robotları yeni canlı növü adlandırıb. Gəlkəcəkdə layihə çərçivəsində hazırlanan bu robotlar müxtəlif sahələrdə çalışıb, insanları əvəzləyə bilər.