Yeni virus – Meymun herpesi yayılır

  • 2024.04.06 15:31
  • 1262 Baxış
Yeni virus  – Meymun herpesi yayılır

Honkonqda daha bir yeni virus aşkarlanıb. Meymun herpesi adlanan virus nadir halda insanlara keçə bilər.

“Medicina” xəbər verir ki, virusoloq, professor Georgi Vikulov xəstəliyin Rusiyaya keçə bilməsindən danışıb.

“Adətən belə yoluxmalar ya vəhşi təbiətdə, ya da laboratoriya şəraitində rast gəlinir. Meymun herpesi insan virusundan çox təhlükəlidir, 90% hallarda baş beyni zədələyir, ensefalit ola bilər.

Bu da çox nadir halda ola bilər. Ona görə kütləvi yoluxma gözlənilmədiyi üçün narahat olmağa dəyməz.

Hazırda Rusiya üçün aktual digər infeksiyalar var, bu mononukleoz, kəmərvari dəmrov və qızılcadır. Kovid də davam edir”.

Qeyd edək ki, aprelin 4-də Honkonqda ilk dəfə B herpesinin insana yoluxması qeydə alınıb.

37 yaşlı kişi hospitəlizə olunub, onun huşu aydın deyildi.
Müayinələr meymun herpesini təsdiq edib, kişi müalicə alır.

Aygün M