Yeni yoluxma dalğası nə vaxta gözlənilir? - Mütəxəssisdən proqnoz

  • 2022.04.07 14:27
  • 2144 Baxış
Yeni yoluxma dalğası nə vaxta gözlənilir?    - Mütəxəssisdən proqnoz

Bioloq Pyetr Çumakov Rusiyada növbəti yoluxma dalğasının təxmini vaxtını açıqlayıb.

Bakupost.az xəbər verir ki, hazırda Rusiyada yoluxma sayında azalma müşahidə edilir və bu davam edəcək.

Molekulyar Biologiya institutunun baş elmi əməkdaşı, biologiya elmləri doktoru Pyotr Çumakov yoluxmanın yenidən artacağını istisna etməyib və növbəti dalğanın vaxtını proqnozlaşdırıb.

"Ümumi yoluxmanın azalmasının bir səbəbi əhalinin böyük qisminin virusa davamlılıq qazanmasıdır. Lakin yenidən yoluxma dalğasının olmasını 3 aydan sonra gözləmək olar.

O zaman ayrı bir ştam dövriyəyə girəcək. Rusiyada, təbii ki, digər ölkələrdə də artım olacaq. Buna səbəb 6 ay ərzində kollektiv immunitetin aşağı düşməsidir. İstər vaksin vurduranlarda, istər yoluxub sağalanlarda immunitet 5 ay ərzində zəifləyir.

Hesab edirəm ki, insanlar virusu tanıdığı üçün ağır gedişat olmayacaq. Ümid edirik, növbəti ştamm da omikron kimi olacaq.

O zaman yoluxanların 70%-i simptomsuz keçirəcək. 1-2 dəfə yoluxub sağalanlar isə xəstəliyi adi qrip kimi keçirəcək. 3 ildən sonra insanlar və səhiyyə qurumları kovidə elə də ciddi yanaşmayacaq".


Aygün Musayeva
BakuPost