Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yenilənmiş “Yaban Neftçibaza” sizi gözləyir! - 50% endirim - VİDEO

  • 2025.07.09 22:05
  • 133 Baxış
Yenilənmiş “Yaban Neftçibaza” sizi gözləyir! -  50% endirim - VİDEO

Hər şey buradan başladı. 2008-ci ildə Nərimanov rayonu, Maqsud Əlizadə, 50 ünvanında - Neftçi idman bazasının yanında qapılarını ilk dəfə açan "Yaban", bu gün tanınan brendin ilk restoranıdır. Məhz buradan başlayaraq "Yaban" özünəməxsus üslubu, ləzzətləri və xidmət keyfiyyəti ilə qonaqların rəğbətini qazandı. Zamanla genişlənərək tanınmış bir brendə çevrildi.

İlk olaraq ov yeməkləri ilə fəaliyyətə başlayan restoran, 2010-cu ildə zamanın tələblərinə uyğun olaraq müasir pub-restoran formatına keçdi. Əvvəl yalnız kabinetlərdən ibarət olan məkan yaxın zamanda tam təmir edilərək daha komfortlu, rahat kabinetlər və ən əsası, geniş möhtəşəm zalı ilə qonaqlara təqdim olundu. Məkanın yenilənməsi münasibətilə iyulun 25-dək bütün menyuya 30% endirim elan olunub. (Endirim alkoqollu içkilərə şamil olunmur.)



Digər endirim isə Ad gününü qeyd edənlər üçündür. Bu özəl günü "Yaban Neftçibaza"da qeyd edənlər, menyudan 50% endirim əldə edəcək. Sadəcə 3 sadə şərti yerinə yetirmək ilə:

• Yaban.neftchibaza "Instagram" səhifəsini izləyib və paylaşmaq.
• Şəxsiyyət vəsiqəsi təqdim etmək.
• Əvvəlcədən rezerv etmək.
(Kampaniya iyul ayının 25-dək keçərlidir).
Yenilənmiş "Yaban Neftçibaza" öz qonaqlarını:
- Klassik pub atmosferi,
- Seçmə pivə növləri və qəlyan üçün tütün çeşidləri,
- Dünya və milli mətbəxdən hazırlanan ləzzətli yeməklərlə,
- Peşəkar və mehriban xidmət komandası ilə qarşılayır.



Həftə sonları canlı musiqili proqramlarla qonaqlara unudulmaz axşamlar yaşadılır. Sadiq qonaqlar üçün isə xüsusi endirim və kampaniyalar nəzərdə tutulmuşdur. "Yaban Neftçibaza" – brendin doğulduğu, köklərini qoruyaraq gələcəyə addımladığı məkandır. Burada həm keçmişin dadı, həm bu günün rahatlığı, həm də sabahın yenilikləri bir aradadır.