Yetkinlərin gündəlik suya ehtiyacı təxminən 8 stəkan və ya təxminən 2 litrdir. Su həyatımız üçün ən vacib mənbə və qida maddəsidir.
Medicina.az xəbər verir ki, su və digər içkilər qidanın həzmində və mənimsənilməsində, orqanların və həzm sisteminin fəaliyyətində və bədən istiliyinin tənzimlənməsində mühüm rol oynayır. Buna görə də, gündə ən azı 8 stəkan su içmək olduqca vacibdir. Bədənimizin suya olan ehtiyacını ödəyə bilməsək, bu, müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Gündəlik suya olan ehtiyacı necə hesablamaq olar?
Gündəlik suya olan ehtiyac insanın çəkisinə əsasən hesablanır. Bədən çəkisi artdıqca gündəlik su istehlakı da artır. Gündəlik suya olan ehtiyacı bədən çəkisinə əsasən dəqiq müəyyən etmək üçün sadə bir düstur mövcuddur. Bu düstur insanın gündəlik suya olan ehtiyacını onun çəkisini kiloqramla 0,033-ə vurmaqla hesablayır.
Çox az su içməyin simptomları hansılardır?
Az su içməyin əsas simptomlarına ağız quruluğu, baş ağrısı, başgicəllənmə, sidiyin azalması və yanması, əzələ zəifliyi, pis qoxu, yuxusuzluq və yorğunluq daxildir.
Bu simptomlar meydana gəldikdə, bədənin suya olan ehtiyacı tez bir zamanda su qəbul etməklə ödənilməlidir.
Riskli susuzlaşmanın simptomları hansılardır?
Az su içmək ciddi xəstəliklərin xəbərçisi ola bilər. Yüngül simptomlar müşahidə edildikdə zəruri tədbirlər görülməzsə, riskli simptomlar yarana bilər.
Bu simptomlara aşağıdakılar daxildir:
Yorğunluq, yüksək təzyiq, astma və allergiya, həzm pozğunluqları, böyrək və sidik kisəsi problemləri, qəbizlik, oynaq ağrısı və sərtliyi, çəki artımı və dəri problemləri. Bu simptomlar meydana çıxarsa, mütəxəssis həkimə müraciət etmək faydalıdır.
Aygün
Medicina.az