Ötən ay yol-nəqliyyat hadisəsində başından xəsarət alan 10 yaşlı Sərxan müalicə aldığı Mərkəzi Klinikadan evə buraxılıb.
Medicina.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.
Xəbər verdiyimiz kimi hadisə dekabrın 25 -i Bakının mərkəzi küçələrinin birində baş verib.Qəza zamanı piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılıb.