Yoluxanlara 6 ay sonra vaksin vurulmalıdır - Həkim

  • 2021.03.31 17:35
  • 1887 Baxış
Yoluxanlara 6 ay sonra vaksin vurulmalıdır -  Həkim

COVİD virusuna yoluxan şəxslərə təqribən 6 aydan sonra vaksin vurulur.

Medicina.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib. İnfeksionist vaksinin immunitet yaratmaq üçün vurulduğunu diqqətə çatdırıb:



"İnsan xəstələnəndə onda təbii yolla artıq immuninet yaranır. Bu səbəbdən xəstəliyi keçirən şəxsə 6 aydan sonra vaksin vurulur”.

Vüqar Cavadzadə hazırda Azərbaycanda vaksinasiya prosesinin uğurla davam etdirildiyini qeyd edib:

"Proses ilk öncə 65 yaşdan yuxarı şəxslər arasında həyata keçirilib. Sonra 60, daha sonra isə 50 yaş, hazırda isə 40 yaşdan yuxarı olan şəxslər arasında vaksinasiya uğurla həyata keçirilir”.