Yoluxanların sayı artır: 86 milyonu ötdü

  • 2021.01.05 09:28
  • 1059 Baxış
Yoluxanların sayı artır:  86 milyonu ötdü

Dünyada COVID-19-a yoluxanların sayı 86 milyonu keçib.

Medicina.az "Worldometers"ə istinadən xəbər verir ki, Çinin Vuhan şəhərində ortaya çıxan və dünyaya yayılan virusa yoluxanların sayı 86 milyon 105 min 851-ə yüksəlib. Koronavirusa görə ölənlərin sayı isə 1 milyon 860 min 540 nəfərə çatıb. 61 milyon 57 min 700 nəfər isə sağalmağa müvəffəq olub.

Dünyada ən çox yoluxma ABŞ-da qeydə alınıb ki, bu ölkədə ümumilikdə 21 milyon 353 min 51 nəfər koronavirusa yoluxub. ABŞ-ı ikinci yerdə Hindistan və üçüncü yerdə Rusiya izləyir.