Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoluxma artarsa, dərslər dayandırıla bilər- Nazirlik rəsmisi

  • 2021.01.27 14:00
  • 1350 Baxış
Yoluxma artarsa, dərslər dayandırıla bilər - Nazirlik rəsmisi


“Əgər yoluxma kritik həddə çatsa, V-IX sinif şagirdlərinin əyani şəkildə məktəbə getməsi ləngiyəcək”.

Medicina.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda seminarda Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

O qeyd edib ki, yox əgər kritik hal olmasa, fevralın 1-dən məktəbəqədər qruplar, ibtidai siniflər həftədə 3 dəfə əyani təhsilə keçə biləcəklər. Sonrakı 2 həftə ərzində V-IX siniflər barədə qərar qəbul olunacaq.