Yoluxmanın daha da yüksək rəqəmlərə çatacağı gözlənilir - İnfeksionist

  • 2022.07.19 18:17
  • 2189 Baxış
Yoluxmanın daha da yüksək rəqəmlərə çatacağı gözlənilir  - İnfeksionist


“Epidemik vəziyyət qənaətbəxş olmazsa, vətəndaşların sağlamlığının təhlükə altında olduğu qənaətinə gəlinərsə, təbii ki, maska tələbinin gətirilməsi mümkün ola bilər. Tövsiyə tələb zərurətinin yaradılmaması üçündür".

Medicina.az xəbər verir ki, infeksionist Nicat Əzimli maska tələbindən danışıb.



Epidemik vəziyyətin pisləşməsinin qarşısının alınması bizim öz əlimizdədir. Buna kollektiv yanaşma kimi baxa bilərik. Əgər riayət olunmazsa, vəziyyət qənaətbəxş olmayan bir vəziyyətə çatarsa, artıq maska tələb olaraq qoyulacaq”.

N.Əzimlinin sözlərinə görə, yoluxma sayının yuxarı rəqəmlərə çatması gözləniləndir:

“Artımın nə olacağı ilə bağlı proqnoz isə dünya ölkələrinə baxılaraq, deyilir. Yoluxmada artım var. Daha da yuxarı rəqəmlərə çatması gözləniləndir. Ölüm halları az, yoluxma daha çoxdur. Yoluxanların artmasının narahatedici tərəfi yanaşı xəstəliyi olan insanların təsirlənməsidir. Onları qorumalı, kütləvi yerlərə getməkdən çəkindirməliyik”. /oxu.az/