Yorğunluqdan çıxmaq üçün dərmana tələsmə, xalq təbabəti vasitələrini sına.
Medicina.az bədənə və ruha enerji verən 5 xalq təbabəti reseptini təqdim edir:
Zəncəfil + Bal + Limon
Tərkibi: 1 çay qaşığı təzə rəndələnmiş zəncəfil, 1 xörək qaşığı bal, yarım limon suyu, 1 stəkan isti su
Fayda: Qan dövranını sürətləndirir, metabolizmi aktivləşdirir, yorğunluğu azaldır
İstifadə: Səhərlər acqarına için
Qara Üzüm + Qoz
Tərkibi: 5-6 ədəd qara üzüm, 3 ədəd qoz
Fayda: Təbii şəkər və omega-3 ilə enerji verir, həm fiziki, həm zehni gücü artırır
İstifadə: Günorta atışında yeyin
Alma + Alma Sirkəsi + Bal Qarışığı
Tərkibi: 1 xörək qaşığı alma sirkəsi, 1 çay qaşığı bal, 1 stəkan su
Fayda: Metabolizmi aktivləşdirir, gün boyu enerjini qoruyur
İstifadə: Yeməkdən 15 dəqiqə əvvəl için
Nane + Limon Çayı
Tərkibi: 1 çay qaşığı nanə, yarım limon, 1 stəkan qaynar su
Fayda: Beyni canlandırır, yorğunluğu azaldır, əhval-ruhiyyəni yüksəldir
İstifadə: Günorta və ya axşam əvvəl içmək məsləhətdir
Yulaf + Süd + Bal Qarışığı
Tərkibi: 2 xörək qaşığı yulaf, 1 stəkan süd, 1 çay qaşığı bal
Fayda: Enerjini davamlı təmin edir, toxluq hissi verir, gün boyu aktivlik yaradır
İstifadə: Səhər yeməyi olaraq
Aygün Musayeva