Yüksək təzyiq xəstəsi yumurta yeyə bilərmi? - Fəsadları

  • 13 Apr 2021 17:52
  • 769 Baxış
Yüksək təzyiq xəstəsi yumurta yeyə bilərmi? -  Fəsadları

Yüksək təzyiq xəstələri bir çox qidalardan uzaq durmalıdır. Bunların içində yumurta barədə də çox deyilir. Təzyiqin müalicəsində birinci vasitə qida, pəhrizdir. Yağlı, duzlu, şirin qidalar azaldılmalıdır.
Hipertonik insan əgər yumurta yeyərsə təzyiqi qalxarmı? Təzyiq xəstəsi gündə necə ədəd yumurta yeyə bilər.


Medicina.az xəbər verir ki, bəzi mütəxəssis həkimlər yumurtada olan zülal və xolesterinin təzyiqi qaldırdığına istinad edib, onu təzyiq xəstələrinə qadağan edib.

Digərləri isə hesab edir ki, yumurta böyrəkləri yükləyir, çəkini artırır, bu da ürəyə zərərdir.
Digər tərəfdən yumurta orqanizm tərəfindən 100% mənimsənilir, mineral və vitaminlərlə, amin turşuları ilə zəngindir. Və bu qida təzyiq xəstələri üçün qadağan edilə bilməz.

Yumurtada olan xolesterin isə yaxşı xolesterindir və damar divarlarını qalınlaşdırmır.

Alimlər nə deyir?

Kanada və Çin alimlərinin apardıqları tibbi təcrübələr təzyiq xəstəsinə yumurtanın zərəri barədə mifləri dağıdıb.
Əksinə, yumurta hipetonik xəstəliyin yaranmasının qarşısını ala bilər.

Yumurtada olan amin turşular və peptidlər damar genişləndirici təsir edir, bu da hipertoniya dərmanlarındakı kimi effekt verir.

Təzyiq xəstələri yağda qızardılmış omlet, qayğanaq yox, suda bişmiş soyutma yumurta yeməlidir. Kərə yağında bişmiş yumurta bu adamlar üçün zərərli ola bilər.

Gündə 2, maksimum 3 ədəddən artıq yumurta yemək olmaz.