Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yüksəkdozalı Vitamin C - nin kovid müalicəsində təsiri

  • 2021.11.29 14:04
  • 4502 Baxış
 Yüksəkdozalı Vitamin C - nin kovid müalicəsində təsiri


Covid -19- a yoluxma hələ də davam edir. Həm böyüklər, həm də uşaqlar arasında ağırlaşmalar qeyd edilir. Covid- 19 hələ də neçə-neçə ölüm hadisələrinə səbəb olur. Ağırlaşmaların qarşısını almaq üçün müxtəlif müalicələr aparılır.


Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri bildirblər ki, Yüksəkdozalı Vitamin C venadaxili yeridildikdə insanı COVID-19-un ağırlaşmasından qoruya bilər. Alimlər qeyd edirlər ki, Covid -19 –da Yüksəkdozalı Vitamin C –nin qəbulu sağalma sürətini 70% artırır: qanda oksigenin səviyyəsi yüksəlir və iltihab markerləri azalır.


12 klinik tədqiqatın nəzərdən keçirilməsi nəticəsində məlum oldu ki, C vitamininin venadaxili tətbiqi qanda oksigen səviyyəsini artıra, iltihabı yatıra və hospitalizasiya müddətini qısalda bilər.
12 tədqiqatdan birinin müəllifləri belə nəticəyə gəliblər ki, C vitamini plasebo ilə müqayisədə koronavirusdan sağalma sürətini 70% artırıb.

Yeni Zelandiyadakı Otaqo Universitetindən tədqiqatın həmmüəllifi Anitra Carr:

"Ağır xəstələrə gündə 6-24 g venadaxili vit C yeridilməsi faydalı oldu: sağ qalma müddətini artırdı, xəstəxanada qalma müddətini azaltdı, oksigenləşməni yaxşılaşdırdı və iltihabın əlamətlərini azaltdı".

İcmala görə, COVID-19 xəstələrinin 80%-nin qanında C vitamini səviyyəsi aşağıdır, buna görə venadaxili infuziya bu çatışmazlığı aradan qaldıra bilər.

Dr. Marcela Vizkaichipi xəstələrin C vitamini səviyyəsinin yoxlanmasının vacibliyini qeyd etdi.

"Həmişə elektrolitlərin, mikroelementlərin və vitaminlərin, o cümlədən C və D vitaminlərinin yetərli səviyyədə olmasına diqqət yetirilməlidir. Bu, klinik təcrübənin standartına çevrilməlidir".

İcmalda, həmçinin Yüksəkdozalı C vitamininin şiddətli COVID-19-un inkişafının qarşısını almağa kömək edə biləcəyi ehtimal edildi.

Artıq 50 İldən artıq müddətdir ki, Almaniyanın “Pascoe” firması Yüksəkdozalı Vit C- Pascorbin 7.5g (venadaxili) istehsal edir. Pascorbin preparatı bir çox xəstəliklərin müvəffəqiyyətli müalicəsində sübutlu təbabətlə öz effektivliyini təsdiq etmişdir. İnfeksion xəstəliklərdə, o cümlədən, virus infeksiyalarında da Pascorbinin effektivliyinə dair sübutlu təbabətin nəşriyyat saytlarında kifayət qədər məlumat var.

Yüksəkdozalı vitamin C ən zəngin elmi sübutlu bazası olan antioksidant tibbi və bioloji nəşrlərin ingilisdilli məlumat bazası PubMed-də.