Səhər süfrələrinin vazkeçilməzləri olan qaynadılmış yumurtaların soyulması bəzən əzaba çevrilə bilir.
Medicina.az xəbər verir ki, yumurtanın qabığı daxili səthə yapışdıqda həm vaxt itirilir, həm də yumurtanın özü parçalanır.
Yumurtaları qazana qoymazdan əvvəl mütləq suya bir az sirkə və ya soda əlavə etmək lazımdır. Bu sadə üsul yumurta qabığının daxili qişa ilə əlaqəsini zəiflədir və soyulma prosesini xeyli asanlaşdırır.
- Yumurtaları qazana qoyun.
- Onları örtəcək qədər su əlavə edin.
- Suya 1 çay qaşığı sirkə və ya soda əlavə edin.
- Yumurtalar qaynamağa başlayandan sonra 8-10 dəqiqə qaynadın.
- Qaynama prosesi başa çatdıqdan sonra dərhal yumurtaları soyuq su ilə bir qaba qoyun.
- 5-10 dəqiqə gözlədikdən sonra yumurtaları soyun.
Qaynadılmış yumurtaları buz kimi soyuq suya qoymaq qabıqların ayrılmasını asanlaşdırır. Həmçinin yumurtanın içinin çox bişməsinin qarşısını alır və dadını qoruyur.
Sirkə və ya sodalı suda qaynadılmış yumurtaların qabıqları demək olar ki, bir hərəkətlə soyulur. Bu, vaxta qənaət edir və yumurtanın xarici səthini zədələmədən təmizləyir.
Aygün
Medicina.az