Türkiyədə Ticarət Nazirliyi məşhur "peruş qaz" oyuncağını təhlükəsizlik meyarlarına cavab verməməsi və kiçik, asanlıqla parçalanan hissələri səbəbindən körpələr və uşaqlar üçün boğulma riski olduğunu əsas gətirərək satışını qadağan edib.
Medicina.az xəbər verir ki, Ticarət Nazirliyi son zamanlar olduqca populyarlaşan "qaz" oyuncağın körpələr və uşaqlar üçün ciddi boğulma riski yaratdığını müəyyən edib. Təhlükəsizlik analizlərindən sonra məhsulun satışı tamamilə qadağan edilib və geri çağırma əmri verilib.
Ticarət Nazirliyinin yazılı açıqlamasında bazar nəzarəti və yoxlama fəaliyyətlərinin bir hissəsi olaraq aparılan ətraflı müayinələrin və laboratoriya analizlərinin nəticələri paylaşılıb.
Təhlillər "yumşaq qaz" oyuncağının təhlükəsizlik standartlarına cavab vermədiyini ortaya qoydu.
Nazirlik bildirib:
"Yoxlamalarımız və laboratoriya təhlillərimiz nəticəsində "yumşaq qaz" kimi satılan oyuncağın TS EN 71-1 standartında nəzərdə tutulan mexaniki təhlükəsizlik meyarlarına cavab vermədiyi və kiçik hissələrə parçalanaraq boğulma təhlükəsi yaratdığı müəyyən edilib. Xüsusilə körpələr və azyaşlı uşaqlar üçün ciddi təhlükə yarada biləcək bu uyğunsuzluq səbəbindən məhsulun satışının qadağan edilməsi və bazardan geri çağırılması qərarı verilib."
.
Aygün
Medicina.az