Yunanıstanın Baş naziri koronavirusa yoluxdu

  • 2022.03.14 15:33
  • 3257 Baxış
Yunanıstanın Baş naziri koronavirusa yoluxdu

Yunanıstanın Baş naziri Kiriakos Miçotakis koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə Baş nazir “Twitter” hesabında bildirib.

“Bu səhər test nəticəm pozitiv oldu və ona görə də evdə təcrid olunmuşam”, - Miçotakis qeyd edib.

Qeyd edək ki, Yunanıstanın Baş nazir martın 13-də Türkiyədə səfərdə olub.