Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yutub artıq bu telefonlarda açılmayacaq: Həmin modellər

  • 2025.06.07 15:09
  • 166 Baxış
Yutub artıq bu telefonlarda açılmayacaq:  Həmin modellər

Dünyada ən çox seçilən video platforması olmasına baxmayaraq, YouTube bəzi iPhone istifadəçilərini ən son yeniləməsi ilə məyus edib.

Medicina.az xəbər verir ki, iOS tətbiqinin 20.22.1 versiyasına yüksəldilməsi ilə YouTube indi yalnız iOS 16 və sonrakı versiyaları olan cihazlarda işləyəcək.



YouTube proqramından istifadə etməyə davam etmək istəyən istifadəçilər cihazlarını iOS 16-a təkmilləşdirməli və ya daha yeni iPhone modelinə keçməlidirlər.
iPhone 6
iPhone 6s Plus
iPhone 7
iPhone 7 Plus
iPhone SE (1-ci nəsil)
iPod touch
iPad Air 2
iPad mini 4

Bu cihazların istifadəçiləri platformaya yalnız mobil brauzer vasitəsilə daxil ola biləcəklər. Bununla belə, YouTube-dan brauzer vasitəsilə istifadə tətbiq tərəfindən təklif olunan bildirişlər, şəkil içində şəkil (PiP) rejimi və tam ekran keçidləri kimi vacib funksiyaları təklif etmir.

Aygün
Medicina.az