Keyfiyyətli yuxu sağlam həyatın əsas şərtlərindən biridir. Uzun müddət kifayət qədər yatmamaq həm fiziki, həm də zehni sağlamlığa mənfi təsir göstərə bilər.
Medicina.az yuxu çatışmazlığının təsirlərini təqdim edir:
- Gün ərzində yorğunluq və halsızlıq
- Diqqət və yaddaşın zəifləməsi
- Əsəbilik və əhval dəyişiklikləri
- İmmunitet sisteminin zəifləməsi
- Yol və iş qəzaları riskinin artması
- Uzunmüddətli dövrdə yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri və 2-ci tip şəkərli diabet riskinin artması
Sağlam yuxu üçün tövsiyələr:
- Hər gün eyni saatda yatıb oyanmağa çalışın.
- Yatmazdan 1–2 saat əvvəl telefon, planşet və kompüter istifadəsini məhdudlaşdırın.
- Axşam saatlarında kofeinli içkiləri azaltmağa çalışın.
- Yuxu otağını sakit, qaranlıq və rahat saxlayın.
- Gün ərzində müntəzəm fiziki aktivlik edin.
Nə vaxt həkimə müraciət etmək lazımdır?
Yuxu problemləri 3 aydan çox davam edirsə, gündəlik fəaliyyətə mane olursa və ya yüksək səslə xoruldama, nəfəsin dayanması hissi kimi əlamətlərlə müşayiət olunursa, həkim müayinəsi tövsiyə olunur.
Aygün
Medicina.az