Yuxuda xoruldamaq nəyin əlamətidir?

  • 2023.04.28 22:38
  • 1796 Baxış
Yuxuda xoruldamaq nəyin əlamətidir?
Yatarkən xoruldamaq, gələcəkdə demensiyaya (əqli geriliyə) səbəb ola bilər.

Obstruktiv yuxu apnoesi milyonlarla insana təsir edir, insanların 85 faizi bu xəstəlikdən xəbərsizdir.

“Medicina” xəbər verir ki, həkim – nevroloq Aleksandra Alexinanın sözlərinə görə, obstruktiv yuxu apnoesi (OYA) yuxu ilə əlaqəli tənəffüs pozğunluğudur.

"Yuxu zamanı yuxarı tənəffüs yollarının daralması və ya bağlanması səbəbindən tənəffüsün təkrarlanan müvəqqəti fasilələri baş verir.
OYA-ın əsas simptomlarına gündüz həddindən artıq yuxululuq və xoruldama daxildir.

OYA olan kişilərdə zəif vizual yaddaş, huşsuzluq, sayıqlama olur.
Koqnitiv testlərdə “OYA” olan kişilər bir çox kateqoriyalarda aşağı nəticə göstəriblər".

Ona görə də yuxu apnoesinin gələcəkdə beyin və əqli problemlər yaradacağı deyilir.

Aynurə Məmmədova