Konqo Demokratik Respublikasında dünya miqyasında böyük narahatlıqla izlənilən Ebola epidemiyası 4000-i keçib və virusun mutasiyaya uğradığına dair şübhələr var.
Medicina.az xəbər verir ki, Konqo Demokratik Respublikasında sürətlə yayılan Ebola epidemiyasında yoluxma hallarının sayı 4000-i keçib və səhiyyə orqanları epidemiyaya səbəb olan Ebola virusunun Bundibugyo ştammının mutasiyaya uğramış ola biləcəyindən şübhələnirlər.
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (Africa CDC) baş direktoru Dr. Jean Kaseya, epidemiya gedişatını Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus ilə qiymətləndirdiklərini və virusda mümkün mutasiyanı araşdırmaq üçün tədqiqatlar aparılacağını bildirib.
Kaseya bildirib ki, Bundibugyo ştammının yaratdığı epidemiyanın şiddəti "görünməmiş səviyyədədir".
Epidemiyanın ilk dəfə 15 mayda elan edildiyi, lakin xəstəliyin yanvar ayından bəri yayıldığı düşünülür.
Konqo Demokratik Respublikasının Milli İctimai Səhiyyə İnstitutunun məlumatlarına görə, 4 avqust tarixinə 3973 yoluxma və 1801 ölüm hadisəsi qeydə alınıb. Kaseya cümə axşamı günü ümumi yoluxma hallarının sayının 4000-i keçdiyini açıqlayıb.
Epidemiyanın Ebola tarixində ikinci ən böyük hal olduğu bildirilir. Epidemiyanın 11-ci həftəsində qeydə alınan yoluxma hallarının sayı Qərbi Afrikada 2014-2018-ci illərdə baş verən eyni dövrdə qeydə alınan yoluxma hallarının sayından səkkiz dəfə, ölüm hallarının sayından isə altı dəfə çoxdur. Həmin Qərbi Afrika epidemiyasında 28 mindən çox insan yoluxub və ən azı 11 min nəfər ölüb.
Rəsmilər Ebola ilə əlaqəli ölümlərin üçdə ikisindən çoxunun müalicə mərkəzlərindən kənarda, icma daxilində baş verdiyini bildiriblər.
Aygün
Medicina.az