Yüzlərlə yaralı əsgərimizi xilas edən klinikanın - "Vətən müharibəsi" yolu - VİDEO

  • 2020.12.18 17:48
  • 3384 Baxış
Yüzlərlə yaralı əsgərimizi xilas edən klinikanın  - "Vətən müharibəsi" yolu - VİDEO


İkinci Qarabağ müharibəsi başlayan ilk gündən könüllü olaraq klinikası, tibbi personalı, ambulansı ilə hərbi komissarlığa müraciət edib, öz xidmətini və yaralıları daşıyın müalicə etməyi təklif edən Bioloji Təbabət Klinikası şərəfli bir yolu geridə qoydu.


Medicina.az xəbər verir ki, xüsusən Masallıda yerləşən böyük, müasir standartlara cavab verən Masallı Bioloji Təbabət klinikası daha yaxın olduğun üçün bu klinikanın ambulansı, bütün reanimasiya və palataları, tibbi heyəti yaralıların müalicəsi üçün səfərbər oldu. Bioloji Təbabət klinikasının rayonlarda olan bütün filialları səfərbər olmuşdu.


Bioloji Təbabət Klinikasının Təsisçi Direktoru Elxan Yaqubov
həmin günlərin çətinlikləri və keçdikləri yol barədə danışıb. Sənədli filmdə yaralıları daşımaq üçün Şuşaya kimi gedib çatan Bioloji Təbabət klinikasının qorxmadan ön cəbhədə olan ambulans heyəti də müharibə xatirələrini bölüşüb.