Zəlzələnin hamilələrə təsiri - Ginekoloq açıqladı

  • 2023.02.23 14:50
  • 1118 Baxış
Zəlzələnin hamilələrə təsiri  - Ginekoloq açıqladı

Türkiyəli ginekoloq Pınar Gökova zəlzələnin hamilə qadınlara təsirindən danışıb.

Bakupost.az xəbər verir ki, xüsusilə sığınacaq və qida ehtiyaclarını normal səviyyədə qarşılaya bilməyən hamilələr həm özləri, həm də körpələri üçün narahat ola bilərlər.


Zəlzələ bölgəsində yaşana biləcək yaşayış, qidalanma, gigiyena, stress və narahatlıq kimi problemlərin həm ana, həm də körpə üzərində müxtəlif sağlamlıq problemlərinə səbəb ola biləcəyini ifadə edən Doğum və Ginekologiya Mütəxəssisi Op. Dr. Pınar Gökova gələcək anaların diqqət etməli olduğu şeylər haqqında məlumat verib:


“Qidaların saxlanma şəraiti nəzərə alınmalı və son istifadə tarixlərinə baxılaraq qəbul edilməlidir. Zəlzələ bölgəsində təmiz su böyük əhəmiyyət kəsb edir. Qablaşdırılmış su istisna olmaqla, açıq yerdə qalan su heç vaxt qəbul edilməməlidir".

“İnkişaf ləngiməsinə səbəb ola bilər”

“Yetərsiz qidalanma, kifayət qədər su istehlakı və qida əlavələri olmadıqda yaranan problemlər körpədə inkişaf geriliyinə səbəb ola bilər. Hamiləlik dövründə vitaminlər, minerallar, fol turşusu və dəmir kimi əlavələrdən mütəmadi olaraq istifadə edilməlidir. Zəlzələ bölgəsində olan hamilələr tibb işçiləri ilə əlaqə saxlamalı və qida əlavələrinin tədarükü üçün dəstək almalıdırlar”.

Depressiya, narahatlıq...

Gökova deyib ki, gələcək ananın psixoloji dəstək alması son dərəcə əhəmiyyətlidir;: "Bir çox araşdırmalar göstərmişdir ki, hamiləlik zamanı qadınların yaşadığı travma sonrası stress pozğunluğu körpənin sonrakı illərində, xüsusən də yeniyetməlik dövründə depressiya, narahatlıq və hiperaktiv pozunlmalara səbəb ola bilər".

Gigiyenik vasitələr çox önəmlidir

Zəlzələ bölgələrində gigiyena qaydalarına riayət edilməməsinin sağlamlıq problemlərinə səbəb ola biləcəyini ifadə edən Gökova, “Ana namizədlər zəlzələdən sonra gigiyenaya daha çox diqqət yetirməlidirlər. Gigiyena problemləri kəskin vaginal və sidik yollarının infeksiyalarına səbəb ola bilər. Ona görə də gigiyenik vasitələr əvvəlcədən hazırlanıb saxlanılmalıdır”.

Tibbi dəstək

Hamiləliyin həkim nəzarətində davam etməsinin lazım olduğunu söyləyən Op. Dr. Pınar Gökova vurğulayıb:
“Hamiləlik dövrü əvvəldən sona qədər həkim nəzarəti tələb edən bir prosesdir. Zəlzələ bölgəsində olan hamilələr üçün bu prosesdə həkim nəzarəti gecikə bilər.. Gələcək anaların müntəzəm istifadə etməli olduğu dərmanlar varsa, onların tibb işçilərindən dəstək istəmələri vacibdir”.

Aygün