Mətbəxdə geniş istifadə olunan zəncəfilin ürək-damar sağlamlığına təsiri alimlərin diqqət mərkəzindədir. Son elmi araşdırmalar göstərir ki, bu ədviyyat xolesterin və qan şəkəri göstəricilərini müəyyən qədər yaxşılaşdıra bilər.
Medicina.az xəbər verir ki, zəncəfil əlavələri qəbul edən şəxslərdə əsasən triqliseridlərin səviyyəsinin azaldığı, "yaxşı" HDL xolesterinin isə bir qədər artdığı müşahidə olunub.
Bununla yanaşı, qan təzyiqi və qan şəkərində də cüzi yaxşılaşmalar qeydə alınıb.
Zəncəfilin faydası onun tərkibindəki antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik gingerol və şoqaol maddələri ilə əlaqələndirilir. Həkimlər qeyd edirlər ki, yüksək xolesterin müalicəsində zəncəfil yalnız sağlam qidalanma və təyin olunmuş müalicəyə əlavə vasitə kimi qiymətləndirilməlidir.
Xanım,
Medicina.az