Zəncəfilin immunitetə müsbət təsiri tapıldı

  • 2023.02.20 15:10
  • 2353 Baxış
Zəncəfilin immunitetə müsbət təsiri  tapıldı

Münhen Qida sistemlərinin biologiyası universitetinin alimləri sübut ediblər ki, hətta kiçik bir zəncəfil miqdarı leykositlərin – ağ qan hüceyrələrini artırır. Təcrübə Malecular Nutrition & Food Resarch jurnalında dərc olunub.

Bakupost.az xəbər verir ki, Higerol adlı alkoloid zəncəfilin kökündədir. O zəncəfilə acı, kəskin dad verir

Reseptor insan orqanizmində TRPV1 ilə reaksiyaya girərək, yanma hiss edir. Bu neytrofillər üçün reseptordur.

Bu hüceyrələr ağ qan hüceyrələrinin təxminən üçdə ikisini təşkil edir və zərərli bakteriyalarla mübarizə aparır.

Daha sonralar laboratoriyada eksperimentlər aparan alimlər leykositlərin daha aktiv olmasına zəncəfilin təsir etdiyini sübut edib.

Leykositlər isə immunitetin əsas qüvvəsidir. Ona görə zəncəfil kökünün immunitetə təsiri barədə fikirlər mif deyil.


Günay