Zibil qutusunu dolmasını gözləməyin: mütəxəssislərdən xəbərdarlıq

  • 2026.08.12 14:58
  • 100 Baxış
Zibil qutusunu dolmasını gözləməyin: mütəxəssislərdən xəbərdarlıq

Mətbəxdə zibil torbasını tam dolana qədər saxlamaq gigiyena baxımından düzgün deyil.

Medicina.az xəbər verir ki, xüsusilə qida tullantıları olan zibil torbasını uzun müddət evdə saxlamaq bakteriyaların, pis qoxunun və xırda həşəratların yaranmasına səbəb ola bilər.

Mütəxəssislərə görə, adi şəraitdə zibil torbasını bir həftədən çox saxlamamaq, içərisində qida qalıqları, meyvə-tərəvəz qabıqları varsa, 2-3 gündən bir çıxarmaq daha məqsədəuyğundur.

Havalar çox isti olduqda isə müddəti daha da qısaltmaq lazımdır. Ət, balıq və digər tez xarab olan qidaların qalıqları varsa, zibilin hər gün çıxarılması tövsiyə olunur.

Mətbəx zibil qutusunun özünü də təxminən həftədə bir dəfə yumaq məsləhətdir. Mütəxəssislər xəbərdarlıq edir ki, xlorlu ağardıcı ilə sirkəni qarışdırmaq olmaz – bu zaman tənəffüs yolları üçün zəhərli qaz yarana bilər.

Xanım,
Medicina.az