Zığdakı modul tipli xəstəxanaya yeni qadın baş həkim TƏYİN EDİLDİ

  • 2021.04.27 16:43
  • 9718 Baxış
Zığdakı modul tipli xəstəxanaya yeni qadın baş həkim  TƏYİN EDİLDİ
Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Zığda yerləşən Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev bir neçə gün öncə koronavirus xəstələrindən rüşvət aldığına görə həbs edilib.

Medicina.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, hazırda sözgedən hospitalın baş həkimi vəzifəsini icra etmək Yeganə Abbasovaya həvalə olunub.


Qeyd edək ki, Y.Abbasova Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadənin qudası, həbs olunan sabiq baş həkim Ağayev İmran Əli Ağa oğlu isə onun bacısı oğludur.