Zirəddindən yeni PROQNOZ: Koronavirus, zəlzələ...

  • 2021.06.28 11:21
  • 2340 Baxış
Zirəddindən yeni PROQNOZ:  Koronavirus, zəlzələ...
Tanınmış ekstrasens Zirəddin Rzayev dünyanı cənginə alan koronavirus və bu pandemiyanın Azərbaycanda hansı nəticələrə səbəb olacağı ilə bağlı hələ 2017-ci ildə Rusiya mətbuatına proqnoz vermişdi. Virusun xarakteristikasını tam dəqiqliyi ilə təsvir etmişdi.

Bəs dünyanı cənginə alan virus hansı tarixdə bitəcək?

Medicina.az Bakı.vs-ə istinadən xəbər verir ki, o, bu virusun il yarım-iki il davam edəcəyini bildirib:

"Zamanında tədbirlər görülərsə, bu, o qədər də qorxulu virus deyil. İyun-iyul ayında virus Azərbaycanda minimum həddə düşəcək", - ekstrasens söyləyib.

Zirəddin Rzayev bildirib ki, 2021-2022-ci illərdə Azərbaycanda zəlzələ baş verə bilər:

"Bu illər Azərbaycan üçün təbii fəlakətlərlə bağlı aktiv illərdir. Yeraltı təkanlar və daşqınlar olacaq".