Zobun müalicəsində effektiv reseptlər - Azərbaycanlı həkimdən

  • 2018.10.15 13:33
  • 19880 Baxış
Zobun müalicəsində effektiv reseptlər -  Azərbaycanlı həkimdən
Zob qalxanvari vəzinin ən geniş yayılmış xəstəlikdir, ölkəmizin ərazisi daha çox dağ çayları ilə zəngin olduğundan və əhalinin böyük əksəriyyəti həmin çayların suyunu içdiyindən endemik olaraq daha geniş yayılmışdır. Çünki dağ çaylarında minerallar azlıq təşkil edir. Əsasən də yod və flüor elementlərinin miqdarı az olur nəticədə də yod çatışmazlığı əmələ gəlir.

 

Zoba şübhə olanda ilk növbədə qandan analiz verərək T3, T4, TSH və anti-TPO hormonlarının miqdarını öyrənmək, yalnız bundan sonra müalicəyə başlamaq lazımdır.

 

Qanda T3 və T4 miqdarı artıbsa və TSH azalıbsa, deməli, qalxanabənzər vəz həddindən çox işləyir, T3 və T4 miqdarı azalanda mütləq TSH artıq olacaq. T3 və T4 hormonlarının qanda miqdarı vəzin aktivlik dərəcəsini və orqanizmə daxil olan yodun miqdarını göstərir, TSH isə hipofiz vəzin nəzarətini göstərir. Qanda anti-TPO və anti -Tg səviyyəsi yüksələndə tərkibində yod olan bitkilərdən deyil, orqanizmin müqavimətini artıran və immunstimulyator təsir göstərən dərman bitkilərindən istifadə etmək lazımdır. Qanda anti-Tg yüksələndə isə təbii yodlu bitkilərdən və meyvələrdən istifadə etmək olar.

 

Medicina.az həkim, naturopat Füzuli Hüseynovun zobun müalicəsində tətbiq etdiyi xalq təbabəti reseptlərini təqdim edir:

 

 


Reseptlər



  • 50 qram zəncəfil, 50 qram udi hindi, 50 qram qara zirə, 50 qram qatırquyruğu, 20 qram novruz şaxtagülünün kökü toz halına salınır, 50 qram çiçək tozu ilə qarışdırılır, 1.5 kiloqram bal əlavə olunub gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir. Bu resept anti -TPO yüksəkliyində istifadə oluna bilər.


  • Orqanizmdə yod azlığı yarananda qanda T3 və T4 hormonu azalır və belə hallarda tərkibində yod olan meyvələrlə, əsasən də xurma, feyxoa, üzüm, gavalı ilə qidalanmaq lazımdır. Ən çox faydalı olan yodlu duzdur, bundan başqa salatların üzərinə dəniz kələmi bitkisini səpib yemək olar. Dəniz kələmi yod çatışmazlığı üçün çox faydalı hesab edilir.


  • 30 qram öksəotu, 40 qram yaşıl qoz, 40 qram qaytarmaotu, 30 qram mayasarmaşığı, 400 qram su və 600 qram spirt bir-birinə qarışdırılır, 15 gün hər gün çalxalamaq şərti ilə qaranlıq yerdə saxlanılır, süzüldükdən sonra


  • gündə iki dəfə yeməkdən əvvəl 1 çay qaşığı yarım stəkan suya qarışdırılaraq qəbul edilir. Həmin bitkilərin 60 faizli spirtli çıxarışı yod çatışmazlığını və zobun ağır fəsadlarını aradan qaldırır. Xəstə spirti qəbul etmək istəməyəndə ona 2 xörək qaşığı alma sirkəsi qarışdırılır və ağzı açıq halda 15-20 gün isti yerdə saxlanır, spirt sirkələşir və tərkibində heç bir dəyişiklik baş vermir.


  • Zobun bütün növlərində həcəmət və zəli müalicəsi çox faydalıdır. Müalicədən sonra şişmiş zob düyünlərində kiçilmə baş verir. Düyünlərin kiçilməsi üçün təzə bağayarpağı ət maşınından keçirilərək onların üzərinə qoyulur. Bağayarpağı əvvəl günlər gündə 1 saat sonrakı vaxtlar isə yavaş-yavaş artırılaraq axşamdan səhərə qədər saxlamaq lazımdır. Müalicə müddəti 1 aydır.


  • Zob düyünlərini kiçiltmək üçün 1 xörək qaşığı çobanyastığı 1 stəkan suda dəmlənilir, süzülür, suyu ilə çovdar unu qarışdırılaraq xəmir formasına salınır və axşamdan səhərə qədər boğaz nahiyəsinə qoyulur.

Zobun müalicəsində effektiv reseptlər -  Azərbaycanlı həkimdən