Üzündəki nəhəng şişlə 10 il gəzdi - FOTO

  • 2017.10.24 23:45
  • 18984 Baxış
Üzündəki nəhəng şişlə 10 il gəzdi -  FOTO
22 yaşlı gənc bunu düz 10 il gözləməli olub. Üzündəki böyük şiş Lukasu Makkallini çox narahat edib. 


Medicina.az xəbər verir ki, əməliyyat etdirmək üçün maddi imkanı olmayan Lukasu 10 il pul toplayaraq nəhayət ki, arzusunu gerçəkləşdirib. Əməliyyatı Nyu-York həkimləri gerçəkləşdirib. Lukasunun əməliyyat xərci isə 112 min dollar edib. İndi özünü yaxşı hiss edən gənc sağlığına qovuşub. Lukasunun anası onlara internet vasitəsi ilə maddi yardım göstərən xeyrxah insanlara da öz minnətdarlıqlarını bildiriblər. 


Lukas onu əməliyyat edən həkimi isə televiziya proqramında görüb. Gənc cərrah onu üzündəki qüsurdan xilas edib. İndi Lukas və onun ailəsi onlara dəstək olan hər kəsə öz minnətdarlıqlarını bildiriblər.