104 yaşlı qadın uzun ömürlülük sirrini açıqladı

  • 2023.12.25 15:57
  • 945 Baxış
104 yaşlı qadın uzun ömürlülük sirrini     açıqladı

Amerikalı uzunömürlü qadın ad günü ərəfəsi sirrini açıb.

“Medicina” xəbər verir ki, Lula Harrinin 104 yaşı 13 dekabrda tamam olub.

Ailəvi ad günü yığıncağında o, uzun ömrünün sirrinin insanlara hörmət və sevgidə, çətinliklərə boyun əyməməkdə olduğunu açıqlayıb.

Qadına bağçada işləmək, ev heyvanları enerjili qalmağa kömək edib. 100 yaşına qədər balıq tutma və rəqslərlə məşğul olub.

O, nəvə-nəticəsinin yanında olmasından xoşbəxtdir.

Aygün Musayeva