110 yaşlı kişi uzunömürlülüyün səbəbini açdı

  • 2023.07.10 16:07
  • 986 Baxış
110 yaşlı kişi uzunömürlülüyün    səbəbini açdı
Cənubi Afrika Respublikasından olan fermer 110 yaşını qeyd edib və uzunömürlülüyünün səbəbini açıqlayıb. Bu barədə Polokwane Observer məlumat yayıb.



“Medicina” xəbər verir ki, Limpopo əyalətinin Maraxve-Mbahela kəndindən Tanyani Cozef Radali 100 yaşını elə qohumları, kənd sakinləri əhatəsində keçirib.


Kişi 1913-cü ildə Ha-Ratombo kəndində anadan olub, lakin 1940-cı ildən Maraxve-Mbahelada məskunlaşıb. Fermerin uzunömürlülüyünün sirri olduqca orijinaldır.


“Uzun və xoşbəxt bir həyat istəyiriksə, yalnız bir dəfə evlənmək lazımdır. Bir qadından səkkiz uşağım var və bu, mənə uzunömürlülük bəxş edir. Bir neçə il Yohannesburqda işlədim, lakin sonra kənd təsərrüfatında işləmək üçün Maraxve-Mbahelaya qayıtdım. Tərəvəz, taxıl və tütün becərmişəm. Sonra bir vedrə və təkər arabası aldım, uşaqlarım və nəvələrim hələ də onlardan istifadə edirlər”.


Eləcə də o, heç vaxt spirtli içki qəbul etmədiyi üçün bu qədər yaşadığından əmindir. Afrikalı Radali bir dəfə Cənubi Afrikanın paytaxtına köçməyə çalışdığını, lakin şəhər həyatının onun zövqünə uyğun gəlmədiyini də deyib.


Yaşının çox olmasına baxmayaraq, Radali mükəmməl görür. Radaliyə qonşular böyük hörmət bəsləyir, vəndalıların ən saf dilində danışdığı və çoxlu atalar sözləri bildiyi üçün yerli folklor tədqiqatçıları tərəfindən yüksək qiymətləndirilir.


Günay Quluzadə