127 yaşlı uzunömürlü kişi öldü

  • 2023.08.03 19:30
  • 767 Baxış
127 yaşlı uzunömürlü kişi öldü

Dünyanın ən uzunömürlü kişi sakini Braziliyalı Xose Qomes 127 yaşında vəfat etdi.

“Medicina”xəbər verir ki, yaşadığı ərazinin bələdiyyə notarial sənədlərinə görə, o, 128 yaşına 1 həftə qalmış 28 iyulda vəfat etdi.

Ölüm səbəbi orqan çatışmazlığı qeyd olunub.
Ömrünün son 6 ayını o yatağa məhkum idi.

“O, çox sadə, ciddi, zəhmətkeş kişi idi” – deyə nəvəsi bildirir.

Xose təbii kənd yeməkləri, gəncliyinin sevimli reseptləri ilə bişmiş xörəkləri və bir balaca içməyi çox sevirdi.

Onun doğum haqqında şəhadətnaməsi 1917-ci ildə rəsmi qeydə alınıb, o vaxta qədər regionda belə qeydiyyat yox idi deyə, onun sənədi də yox idi.

Aygün Musayeva