15 xəstəliyə şəfa TUT VANNASI - Məşhur həkimdən resept

  • 08 İyn 2022 15:50
  • 2524 Baxış
15 xəstəliyə şəfa TUT VANNASI -  Məşhur həkimdən resept

Damar və əzələ xəstəlikləri, varikoz damar genişlənməsi, tromboflebit, əzələ qıcolmaları, böyük qan dövranı pozulması, reyno sindromundan, dəri göbələyindən, dəmrov, ekzema və digər dəri xəstəliklərindən əziyyət çəkənlər, həmçinin əlləri və ayaqları həmişə soyuq olanlar tutdan istifadə etməlidir.



Medicina.az xəbər verir ki, bunu həkim fitoterapevt Füzuli Hüseynov bildirib.



"20-25 kq yetişmiş tut meyvələrini böyük bir qaba yığın, 10-15 gün günəş altında qıcqırdın. Əvvəlcə spirt iyi gələcək, sonra sirkə iyi. Sirkə iyi gələndə məhlul istifadəyə hazırdır. Gündə bir dəfə, ilk günlər yarım saat, sonrakı günlər bir saat bu qabdakı tutun içinə uzanın. Sadalanan xəstəliklər üçün müalicə 15 prosedurdan ibarətdir".