16 yaşlı qız turşudan zəhərlənərək öldü

  • 2024.09.22 13:22
  • 1504 Baxış
16 yaşlı qız turşudan zəhərlənərək  öldü
Şərur rayon sakini turşudan zəhərlənərək ölüb.

Medicina.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kürkənd kəndində baş verib.

Kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konservləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı Şərur rayon Prokurorluğunda araşdırma aparılır.