2 aya pəhrizlə diabetdən xilas oldu

  • 2026.02.23 20:15
  • 208 Baxış
2 aya pəhrizlə diabetdən xilas oldu


İngiltərəli Paul Dolby 100 kq-dan çox çəkiyə və 170 sm-dən bir qədər çox boya sahib idi. Yeni ilə qədər ən azı 6,5 kq arıqlamağı özünə məqsəd qoymuşdu. Paul 14 kq arıqlaya bildi. Lakin bu radikal arıqlama ilə o uzun müddət diabet xəstəsi olan Paul insulin inyeksiyalarından imtina edə bildi. İndi xəstəliyini nəzarətdə saxlamaq üçün minimum dərmana ehtiyacı var.

Medicina.az xəbər verir ki, Paul yemək əvəzedici içkilərdən və limitsiz miqdarda tərəvəzdən ibarət pəhriz qəbul etdi. Bu pəhriz, xüsusilə 2-ci tip diabetin xoşagəlməz təsirlərini aradan qaldırmaq istəyənlər üçün Nyukasl Universitetinin tədqiqatçıları tərəfindən hazırlanıb.


11 diabet xəstəsi üzərində aparılan səkkiz həftəlik bir araşdırmada, onların hamısında diabetic simptomlar əhəmiyyətli dərəcədə azalmışdır. Bu pəhrizə keçdikdən sonra heç birində dərmana ehtiyac qalmamışdır. Üç aydan sonra yeddi xəstədə diabet əlaməti qalmamışdır.

Paul Dolby-yə gəldikdə isə, o, 2005-ci ildə 2-ci tip diabet olduğunu öyrənib və o vaxtdan gündə iki dəfə özünə insulin vurur. Müxtəlif pəhrizlərdə çoxsaylı cəhdlərə baxmayaraq, o, davamlı olaraq çəki alırdı. Lakin keçən il siqareti tərgitmək üçün özündə iradə tapdı. Sonra Paul hətta ən radikal pəhrizə belə dözə biləcəyinə qərar verdi.


Aygün Musayeva