2 ilə 50 kq arıqlayan qadının dietası - Rahat arıqlama

  • 2024.04.24 19:20
  • 625 Baxış
2 ilə 50 kq arıqlayan qadının dietası   - Rahat arıqlama

2016-cı ildə Britaniyalı Reyçel Daun ikinci doğuşdan sonra 98 kiloqrama qədər çəki almışdı.


O, iki il ərzində bədənini tam transformasiya etdirərək 53 kq çəki atmağı bacarıb.


“Medicina” xəbər verir ki, 44 yaşlı qadın düzgün qidalanma metodlarını sınayaraq, üzərində eksperiment aparıb.


Onun dietası: 12 həftə ərzində cəmi 2 yemək qəbul edib: balıq, toyuq və ya mal ətindən bulyon, eləcə də kefir və quru meyvələr. Bu sadə qidalanma ilə o, 16 kq atır.


Sonra bu dietaya bəzi sağlam qidaları da əlavə edərək, çəkisini 53 kq endirib.


Dietoloq Yuliya Lementina bu metodun müsbət, mənfi tərəflərini açıb.
Ərzaqları çox məhdudlaşdıran, cəmi 2 qidaya əsaslanan dietalar sağlamlıq üçün neqativdir. Dieta saxlanılsa da geniş spektr qida maddələrini əhatə etməlidir: zülal, yağ, vitamin, mineral, lif.


Belə dietalar saçlar, immunitet, dəri il problem yaradır, enerjini tükədir və müxtəlif xəstəliklərə səbəb olur”.


Aygün M