2 yaşlı körpə dərmandan zəhərləndi - ŞABRANDA

  • 2020.01.13 09:44
  • 3000 Baxış
2 yaşlı körpə dərmandan zəhərləndi -   ŞABRANDA
Şabran rayonunda zəhərlənmə olub.

Medicina.az Report-a istinadən xəbər verir ki, hadisə Şabran şəhərində qeydə alınıb.
Şəhər sakini, 2018-ci il təvəllüdlü Xuraman Vüsal qızı Zəkiyeva dərmandan zəhərlənib.

Azyaşlının anasının sözlərinə görə, körpənin hansı həbi qəbul etdiyini bilmir.

X.Zəkiyevanın müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.