2023-cü ildə tibb sahəsində - ən maraqlı kəşflər

  • 2023.12.21 15:56
  • 2169 Baxış
2023-cü ildə tibb sahəsində  - ən maraqlı kəşflər

Yola saldığımız 2023-cü il elm və tibb sahəsində innovativ yenilik və kəşflərlə yadda qalıb.

“Medicina” 3 ən maraqlı kəşfi təqdim edir:

- Prostat xərçənginin innovasion müalicəsi – TULSA Pro metodu ultrasəslə toxumaların isidilib dağıdılmasıdır.

Bu zaman heç bir kəsik, şüa tələb olunmur. Artıq sübut olunub ki, 90% xəstələrdə bu metoddan sonra PSA onkomarkeri 75% düşüb. Metod ABŞ-da tətbiq olunur.

2. Hiperxolesterinemiyanın gen müalicəsi

Bu nadir xəstəlik 300 nəfərdən birində rast gəlinir. Pis xolesterin genetik olaraq artır, bu zaman damarlar daha gənc yaşda tıxanır.

Pasiyentlərin vəziyyətini normallaşdırmaq üçün VERVE 101 genom preparatı təqdim olunur.
Dərman vena daxilinə yeridilir və 28 gün ərzində xolesterinin səviyyəsi 80% enir.

3. QİÇS (VİÇ) əleyhinə vaksinlərin sınağı

T hüceyrəli VİR vaksininin I klinik sınaqları 2024-də bitəcək. Eksperimentdə 95 insan iştirak edəcək. Əgər vaksin təsdiqlənərsə, QİÇS-dən xilas mümkün ola bilər.


Aygün Musayeva