"2024 "Dəli Əjdaha" ili xəstəlik və təbii fəlakətlər ilidir"- Zirəddindən proqnozlar

  • 2023.12.20 15:56
  • 2796 Baxış
"2024 "Dəli Əjdaha" ili xəstəlik və təbii fəlakətlər ilidir" - Zirəddindən proqnozlar
Koronavirus ilə bağlı məlumatı mən 2017-ci ildə demişdim. Hətta o vaxt demişdim ki, “payızın əvvəlində dəhşətli virus dünyanı cənginə alacaq. İnsanlar maskada gəzməli olacaqlar”. Elə də oldu.

2024-cü il də xəstəliklər ilidir. Yeni, fərqli viruslar özünü büruzə verəcək.


Dünya alimləri indi deyirlər, mən isə hələ üç-dörd il öncə demişdim. Dünyanın özünü Allah su ilə təhdid edir. 2024-cü ildə daha çox vulkan püskürməsi, asteroid fəlakəti gözlənilir.


"Medicina" xəbər verir ki, bu sözləri oxu.az-a müsahibəsində azərbaycanlı ekstrasens Zirəddin Rzayev deyib. Onun 2024-cü il proqnozlarından təqdim edirik.


"Bu ilin “əjdahası” dəlisovdur. İl Dəli Əjdaha ilidir. O, uşaq xarakterli, emosional və çılğındır.

2024-cü il MDB üzvləri və Orta Asiya ölkələri üçün elə də uğurlu olmayacaq. 2024-25-ci illərdə Avropa qitəsində böyük təbii fəlakətlərin olma ehtimalı çox böyükdür.


- 2024-cü ildə inflyasiya olmayacaq. Elə bir şey yoxdur. Bəzi iqtisadçı və siyasətçilərin təkidli proqnozlarına rəğmən, böyük inflyasiya yaşanmayacaq.


- Əjdaha ili bizə mehriban olmağı tövsiyə edir. Çünki “Əjdaha” uşaq xarakterlidir. Emosionaldır. İnsanlar tez küsə, dalaşa bilərlər, aralarında münaqişə yarana bilər. Dövlətlər arasında yaşanacaq münaqişələr də Əjdaha ilinin xarakterinə görə istisna deyil.


-Ukrayna-Rusiya qarşıdurmasında Rusiya qalib gələcək. Rusiyanın Ukrayna, NATO, Avropa və ABŞ üzərində qələbəsi gözlənilir. Bu, son deyil. Çünki Rusiya və ABŞ qarşıdurması illərlə davam edəcək. Amma Rusiya nə ABŞ-yə, nə Avropaya, nə də NATO-ya məğlub olacaq".