24 yaşlı gənc dərmandan zəhərləndi

  • 2024.01.31 09:36
  • 936 Baxış
24 yaşlı gənc  dərmandan zəhərləndi
Qəbələ sakini dərmandan zəhərlənib.

Medicina.az APA-ya istinadla xəbər verir ki, Qəbələ rayon Yengicə kənd sakini 1999-cu il təvəllüdlü Tükan Əhmədova dərman preparatından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.


Araşdırma zamanı məlum olub ki şəxs dərman preparatını yanlışlıqla içib.