25 günlük körpəni xilas etmək üçün 2 gün vaxt qoyuldu - Əsas damarları dəyişdirildi

  • 2017.10.25 16:25
  • 2680 Baxış
25 günlük körpəni xilas etmək üçün 2 gün vaxt qoyuldu -  Əsas damarları dəyişdirildi
Azərbaycan həkimləri çox mürəkkəb ürək cərrahiyyəsi əməliyyatı aparıblar. Çəkisi dörd kiloqram olan yeni doğulmuş körpənin həyatının ilk günlərindən ona "anadangəlmə ürək qüsuru” - əsas damarların yerini dəyişməsi diaqnozu qoyulub. Əməliyyatın mürəkkəbliyi ondadır ki, dəqiq diaqnoz qoyulandan sonra əməliyyat mümkün qədər tezliklə aparılmalıdır.


Medicina.az xəbər verir ki, bu barədə azertac-a müsahibəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının kardiocərrahiyyə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Hikmət Nağıyev bildirib.


Onun sözlərinə görə, xəstəxanaya qəbul edilərkən körpənin vəziyyəti son dərəcə mürəkkəb idi, qanda oksigenin miqdarı 44 faiz təşkil edirdi.


H.Nağıyev sonda deyib: "Körpə reanimasiya şəraitində ikigünlük hazırlıqdan sonra kardiocərrah Seymur Musayev tərəfindən əməliyyat masasına alındı. Əsas damarların yerinin dəyişdirilməsi əməliyyatı (Jatene əməliyyatı) aparıldı. 25 günlük körpənin əməliyyatdansonrakı dövrü maneəsiz keçdi və 15-ci gün körpə evə buraxıldı. Əməliyyatın xüsusiyyəti ondadır ki, bütün briqada yalnız yerli mütəxəssislərdən ibarət idi (cərrahlar - tibb üzrə fəlsəfə doktorları Hikmət Nağıyev və Seymur Musayev, Kənan Əsədov, Fərid Hüseynov, anestezioloq – Aynur Qasımova, reanimatoloq – Təranə Göyüşova, perfuzioloqlar – Səfa Gülməmmədova və Zamiq Bəndəliyev, uşaq kardioloqu – Nəsimi Cabbarov). Onu da qeyd etmək istərdim ki, diaqnozun ağırlığına və əməliyyatın mürəkkəbliyinə baxmayaraq, körpə həmyaşıdları kimi sağlam böyüyəcək”.

 


 

25 günlük körpəni xilas etmək üçün 2 gün vaxt qoyuldu -  Əsas damarları dəyişdirildi
25 günlük körpəni xilas etmək üçün 2 gün vaxt qoyuldu -  Əsas damarları dəyişdirildi