28 dekabrda Azərbaycanda yoluxma

  • 2021.12.28 17:18
  • 1825 Baxış
28 dekabrda Azərbaycanda yoluxma


“Son sutkada 8774 test aparılıb, yeni növ koronavirusa (COVİD -19) 377 yoluxma halı qeydə alınıb”.

Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Y. Qarayeva bildirib ki, pandemiya dövründə indiyə qədər 600 mindən çox COVİD-19-a yoluxma olub, 6 milyondan çox test aparılıb, 8 minə yaxın insan ölüb.
28 dekabrda Azərbaycanda yoluxma