3 ayda Bakıda 24 nəfər etil spirtindən ölüb

  • 2020.06.09 13:22
  • 874 Baxış
3 ayda Bakıda 24 nəfər etil spirtindən ölüb

Binəqədi rayon sakini, 1968-ci il təvəllüdlü Fərman Xudaverdiyev aptekdə tibbi adı ilə satılan texniki (metil) spirtdən zəhərlənib.


Medicina.az xəbər verir ki, Toksikologiya Mərkəzinə gətirilən şəxsin həyatını xilas edə bilməyiblər.


Mərkəzin rəhbəri Azər Maqsudovun Oxu.Az-a verdiyi məlumata görə, martın 20-dən bu günə qədər 28 nəfər metil spirtindən zəhərlənmə diaqnozu ilə klinikaya daxil olub, onlardan 19-u ölüb. Ümumilikdə, göstərilən müddətdə Bakıda 24 nəfər metil spirtindən həyatını itirib.

Bundan əvvəl, müvafiq qurumların paytaxt apteklərində reydlər keçirdikləri və metil spirtinin satışdan çıxarıldığı bildirilmişdi.