3 yaşlı uşağın əli eskalatorda qaldı - Barmağı kəsildi

  • 2026.04.11 22:21
  • 235 Baxış
3 yaşlı uşağın əli eskalatorda qaldı -  Barmağı kəsildi

Türkiyədə Mardinin Kızıltepe rayonundakı bir alış-veriş mərkəzində 3 yaşlı uşağın əli eskalatorda ilişib qaldıqdan sonra barmağı kəsilib.



Medicina.az xəbər verir ki, ailəsi ilə birlikdə eskalatordan enərkən uşağın əli eskalator mexanizminə ilişib qalıb.

Hadisə zamanı uşağın sağ əlinin çeçələ barmağı kəsilib. Xəbərdarlıqla hadisə yerinə səhiyyə və jandarma qrupları göndərilib. Uşaq əvvəlcə Kızıltepe Dövlət Xəstəxanasında müalicə alıb, daha sonra Diyarbakır Dəclə Universiteti Tibb Fakültəsinə köçürülüb. T.B.-nin ailəsi ticarət mərkəzinin rəhbərliyinə və məsul şəxslərə qarşı cinayət işi açıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.



Aygün
Medicina.az