Türkiyədə Qaziantepdə Zeliha B. 4 yaşlı oğlu ilə birlikdə 8-ci mərtəbədən tullanıb. Ana ölüb, ağır yaralanan uşaq isə hələ də müalicə alır.
Medicina.az xəbər verir ki, hadisə günorta saatlarında Şahinbey rayonunun Akkent məhəlləsindəki yaşayış kompleksində baş verib. İddiaya görə, Zeliha B. (32) 4 yaşlı oğlunu qucağına alıb və naməlum səbəbdən 8-ci mərtəbədəki mənzillərindən tullanıb. Hadisənin şahidi olan vətəndaşlar 112 Təcili Yardım Mərkəzinə məlumat verdikdən sonra hadisə yerinə çoxsaylı tibbi və polis qrupları göndərilib.
Hadisə yerində təcili yardım qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra, hər ikisi Qaziantep Şəhər Xəstəxanasına aparılıblar. Həkimlərin bütün səylərinə baxmayaraq, Zeliha B. aldığı xəsarətlərdən dünyasını dəyişib. Oğlu hələ də xəstəxanada müalicə alır.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Aygün
Medicina.az