6 barmaqlı doğulanların sirri - Yerə enmiş mələklər fenomeni

  • 2022.01.06 17:05
  • 6800 Baxış
6 barmaqlı doğulanların sirri -  Yerə enmiş mələklər fenomeni
Qədimdən müasir dövrə kimi anadangəlmə əllərində və ayaqlarında 5 yox, 6 barmaqla doğulan uşaqlar olur.
Onların çoxu sonradan artıq barmağı əməliyyat etdirir, bəziləri isə həyatına 6 barmağı ilə davam edir və bundan çəkinmir.

İlk baxışda insanı vahimələndirən 6-cı barmağın DNT kodu insan DNT yaddaşında var, amma o aktiv deyil, lakin nadir hallarda uşaq bətndə formalaşarkən bu gen dominant olur.

Medicina.az əsatirlərdə “Yerə düşmüş mələklər” adlandırılan 6 barmaqlılığın sirrini araşdırıb.
6 barmaq fenomeni xəstəlik hesab edilmir, o DNT-nin bir kodudur.


Bu qəribə anomaliya barədə qədim əsatirlərdə qeyd olunub: nə vaxtsa Yer üzündə insan öncə məskunlaşmış və ya Yerə enmiş nəhəng varlıqların 6 barmağı olduğu yazılır.

Bu nəhənglər barədə İncildə də bəhs edilir, onların 6 barmağı olub və bu gen insana onlardan keçib.

Ekvadorda bir qəbilənin bütün üzvlərinin 6 barmağı var.
Bu insanlar normal boyda və fiziologiyadadır, lakin bu qəbilə qəddarlığı və insan öldürmələri ilə məşhurdur. Artıq 5-ci nəsildir ki, qətllər törədirlər.
Vaorani qəbiləsi alimlər üçün tapmacadır, onlarda heç vaxr ürək-damar, təzyiq, xərçəng və digər müasir xəstəliklər yaranmır. Tamam sağlam yaşayırlar.

İngilis alim Ceyms Nidhem Tennesi mənfəzində bir neçə hundu ilə bütün bədənləri uzun tüklə örtülü yerli qəbiləni tədqiq edirdi. Onlar naməlum dildə danışır, onların əl-ayaqlarında 6 barmaq var idi.

Türkiyənin Efes bölgəsində də Altı barmaq adlı yer var, oranın yerli sakinlərinin əksəriyyəti bu genetik anomaliya ilə doğulur.
Həmin qədim nəhəng varlıqların qalıqları 1985-ci ildə İrlandiya ərazisindəki dağlarda tapılıb.

Deyilənə görə, onlar 3,5 metr boyda, uzun əl-ayağa malik idilər. Çəkiləri isə 2 tona yaxın idi. Həmin nəhəngin qalıqları bir müddət İngiltərədə sərgiləndi, lakin sonra naməlum şəraitdə yoxa çıxdı, itdi.

Kaliforniyadakı Katalin muzeyində Ralf Qliddenə məxsus sənədlər, şəkillər saxlanılır. O, adalarda özü arxeoloji qazıntılar aparırmış. Deyilənə görə, o da 10 fut hündürlükdə nəhəng insanabənzərlərin skeletini tapmışdı. Muzeydəki fotolardan birində skeletin əlində 6 barmaq olduğu görünür.

Cənubi Amerika hindularının rəvayətlərində bu nəhənglər Yerə digər qalaktikadan enmiş açıqdərili Allahlar kimi təqdim olunur. Söhbət eramızdan əvvəl 1300-cü illərdən gedir.

Onlar kişi cinsində, ağ, hamar, açıq dəriyə malik idilər. Hər 6000 ildən bir Göydən Yerə enib, nəyisə müşahidə edirdilər.
Onların 6 barmağı İlahi işarə hesab edilirdi.


O vaxtdan hindular 6 barmaqla doğulan sıravi insanları həmin qalaktikadan gələn varlıqlardan hesab edib, Yerə enmiş mələklər adlandırırdılar.

Tibbi statistikaya görə, hər 1000 yenidoğulanın biri əlavə barmaqla doğula bilər. Elmdə bu anomaliyanın adı Polidaktiliya adlanır.
Əslində bu barmaq bədənə zərərli deyil, kifayət qədər hətta lazımlıdır. Amma Amerika və Avropada bu anomaliya ilə doğulan körpə tez əməliyyat olunduğu üçün belə insanların sayı azdır.


Alman alimləri elmi tədqiqatla sübut ediblər ki, 6 barmaqla doğulan insanlar daha cəld, iti olur. Çünki beyin bu əlavə barmaq üçün əlavə siqnallar və nəzarət sərf edir. Bu adamlar bir əli ilə digər 5 barmaqlının 2 əli ilə etdiyi işi və yükü asanlıqla götürə bilir.