Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şuşa və Ağdamda qanvermə aksiyaları keçiriləcək

  • 2025.07.02 15:40
  • 111 Baxış
Şuşa və Ağdamda qanvermə aksiyaları keçiriləcək



"Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsini birgə təşkilatçılığı ilə iyul ayının 5-i Aşura günü münasibətilə qanvermə aksiyaları həyata keçiriləcək".


"Medicina" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" yayımında Respublika Qan Bankının həkimi Günel Əliyeva deyib.

O qeyd edib ki, aksiya Azərbaycanın 30 şəhər və rayonunda - ümumilikdə 38 məntəqədə təşkil olunacaq. Ən önəmli və qürurverici yenilik isə bu xeyirxah ənənənin ilk dəfə azad edilmiş torpaqlarımızda - Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və Ağdam Cümə məscidində keçirilməsi olacaq:

"Artıq hazırlıqlar yekunlaşmaq üzrədir. Qanvermə məntəqələri arasında 23 məscid və ziyarətgah, eləcə də 15 tibb müəssisəsi var.

Bu, bizim üçün tarixi və çox emosional məqamdır. Hər kəsi Aşura günündə bu nəcib missiyaya qoşulmağa və həyat xilas etməyə dəvət edirik".