Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

  • 2025.07.02 09:45
  • 122 Baxış
Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.

Medicina.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.

Xatırladaq ki, 2024-cü il iyulun 23-də Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun evliliyi qadağan edilib.

Qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minib.