800 sərnişini kovidə yoluxmuş "Majestic Princess" gəmisi sahilə yaxınlaşdı

  • 2022.11.14 15:19
  • 1134 Baxış
800 sərnişini kovidə yoluxmuş "Majestic Princess" gəmisi   sahilə yaxınlaşdı

Yeni Zelandiyaya səfəri zamanı 800 sərnişində koronavirus testi müsbət çıxan "Majestic Princess" gəmisi Avstraliyanın Sidney limanında lövbər salıb.



"Medicina" xəbər verir ki, artıq gəmi Avstraliyanın Sidney limanına yanaşıb.

Gəminin bağlı olduğu "Carnival Australia"dan əldə edilən məlumata görə, 4 min 600 sərnişin və ekipajla Yeni Zelandiyadan 12 günlük səyahətdən qayıdan "Majestic Princess" gəmisindəki sərnişinlərin təxminən 20 faizində COVID-19 simptomları aşkar edilib. Müayinə olunan sərnişinlərdən 800-nün COVID-19-a yoluxduğu müəyyən edilib. Müsbət nəticə verən sərnişinlərin isə səyahət zamanı kabinələrində təcrid olunduğu öyrənildi.

Avstraliyanın dövlət orqanları, testi müsbət çıxan sərnişinlərə gəmi yanaşdıqdan sonra enməyə icazə verdi.